Son dəqiqə

Türkiyə Numan Kurtulmuş TBMM Trabzon Terrorsuz Türkiyə Terrora qarşı mübarizə Terrorizmə qarşı mübarizə Terror təşkilatlarına qarşı mübarizə

Kurtulmuş Terrordan Azad Türkiyə prosesi barədə açıqlama verib

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Terrordan Azad Türkiyə” prosesi ilə bağlı çıxış edib.

TurkicWorld xəbər verir ki, Kurtulmuş TBMM Fəxri Salonunda keçirilən “Trabzona İstiqlal Medalının Təqdimetmə Mərasimi”ndə çıxış edib.
O, “Prosesdə terror təşkilatı ilə heç bir danışıqlar aparılmayıb, olmayacaq da. Şəhidlərimizin ruhuna zərər verəcək heç bir addım atılmayıb, olmayacaq” - deyə qeyd edib.

Qeyd edək ki, Türkiyədə son aylar terrorla mübarizə siyasəti və milli təhlükəsizlik tədbirləri gündəmin əsas mövzularından biri olaraq müzakirə edilir.

Mövzuya görə xəbərlər