Son dəqiqə

Türkiyə Fransa Rəcəb Tayyib Ərdoğan Emmanuel Makron Qəzza zolağı Türkiyə-Fransa ikitərəfli əlaqələri Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza müharibəsi və tanınma

Ərdoğan və Makron Qəzzada son vəziyyəti müzakirə edib

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa lideri Emmanuel Makronla telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, Prezidentin Kommunikasiyalar İdarəsinin yaydığı məlumata görə, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan söhbətdə iki ölkə arasında ikitərəfli əlaqələr, Rusiya-Ukrayna müharibəsi və Qəzzadakı son vəziyyət müzakirə olunub.

Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsini ədalətli sülh yolu ilə başa çatdırmaq üçün səylərini davam etdirdiyini və tərəflər arasında danışıqlara ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb. Dövlət başçısı, həmçinin, Qəzzada humanitar fəlakətin dərinləşdiyini, atəşkəsin vacibliyini və İsrailin bölgədəki addımlarının cilovlanmasının zəruriliyini diqqətə çatdırıb.

Qeyd edək ki, tərəflər Nyu-Yorkda keçiriləcək BMT Sammiti çərçivəsində bu mövzuları ətraflı müzakirə etməyi planlaşdırırlar. Ərdoğan, həmçinin, Fransa ilə əməkdaşlığın, xüsusilə müdafiə sənayesi sahəsində, daha da inkişaf etdiriləcəyini bildirib.

Mövzuya görə xəbərlər