Son dəqiqə

Türkiyə Türkiyə Daxili İşlər Nazirliyi kibertəhlükəsizlik Ali Yerlikaya kibercinayətkarlıq 2025 kiber təhlükəsizlik xəbərləri kibercinayətlərə qarşı əməliyyatlar

Türkiyədə 20 şəhərdə kibercinayətkarla qarşı əməliyyat: 23 nəfər həbs olundu

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin 20 şəhərində informasiya sistemlərindən istifadə etməklə dələduzluq, bank və kredit kartlarının mənimsənilməsi və qanunsuz mərc oyunları ilə məşğul olan şəxslər ifşa edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Nazir bildirib ki, əməliyyatlar zamanı, 55 şübhəli saxlanılıb, onlardan 23 nəfəri həbs olunub, 14 nəfər barədə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Digərləri ilə bağlı istintaq davam edir.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər qanunsuz mərc və qumar oyunları təşkil edərək bu fəaliyyətlərə dair internet saytlarında pul köçürmələrinə vasitəçilik edib, həmin saytların reklamını aparıblar. İstintaq materiallarına əsasən, bəzi şəxslərin vətəndaşların mobil bank xidmətlərinə müdaxilə edərək qanunsuz qazanc əldə etdiyi müəyyən olunub. Əməliyyat nəticəsində çoxlu sayda rəqəmsal material da ələ keçirilib.

Ali Yerlikaya sosial media hesabında əməliyyata rəhbərlik edən qurumları təbrik edib və ictimaiyyəti xəbərdarlığa çağırıb.

Mövzuya görə xəbərlər