Son dəqiqə

Türkiyə yanğın Yanğın səbəbindən təxliyə Yanğınların insan və ekoloji zərərləri Yanğın sonrası bərpa işləri Yanğınların səbəbləri Türkiyə Yanğınla mübarizə tədbirləri Türkiyə Yanğınsöndürmə resursları Türkiyə

Hakkaridə meşə yanğını davam edir

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyədə Hakkarinin Yüksekova rayonunda meşə yanğını iki gündür davam edir.

TurkicWorld xəbər verir ki, Hakkarinin Yüksekova rayonunun Dağlıca kəndi yaxınlığında, qadağan olunmuş ərazidə başlayan meşə yanğını iki gündür alovlanır. Alovun səbəbi hələ müəyyən edilməyib.

Yanğın Dağlıca, Dilekli və Dibecik kəndləri arasında yerləşən meşəlik ərazidə güclü küləyin təsiri ilə sürətlə yayılıb. Söndürmə işlərinə yanğınsöndürən briqadalarla yanaşı hərbi helikopterlər də cəlb olunub.

Qeyd edək ki, bölgədə havanın küləkli keçməsi yanğınsöndürmə işlərini çətinləşdirir.

Mövzuya görə xəbərlər