Son dəqiqə

Türkiyə Ədalət və İnkişaf Partiyası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Terrorsuz Türkiyə Terrora qarşı mübarizə Terrorizmə qarşı mübarizə terror təşkilatlarına qarşı ortaq mövqe

Terrorsuz gələcək üçün addımlar atırıq - Ərdoğan

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Terrorsuz Türkiyə tarixi bir məsələdir.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyası (AKP) sədri Rəcəb Tayyib Ərdoğan, Xalq Alyansının terrorla mübarizə prosesində atdığı addımlar barədə danışaraq, terrordan azad bir Türkiyənin qurulmasının “tarixi vəzifə” olduğunu bildirib.

“Hər mövzuda həmfikir olmaq məcburiyyətində deyilik, amma terrordan azad bir Türkiyəni gerçəkləşdirməyə borcluyuq. Bu prosesə töhfə verən hər kəsin adı tarixə həkk olunacaq. Populist çıxışlarla prosesi pozanları isə nə xalq, nə də gələcək nəsillər bağışlayacaq”. - deyə ​Ərdoğan qeyd edib.

Prezident vurğulayıb ki, Xalq Alyansı dövlət siyasəti kimi başlatdığı bu prosesdə qısa müddətdə ciddi irəliləyiş əldə edib. Məqsədin terror təhlükəsini tamamilə aradan qaldırmaq, milli birliyi gücləndirmək və xroniki problemləri həll etmək olduğunu deyib.

“Millətimiz nə etməyə çalışdığımızı anlayır, şəhid ailələri riskin səbəbini bilir, düşmənlərimiz isə terrordan azad Türkiyənin nə demək olduğunu görür” - deyə Ərdoğan bildirib ki, bu proses çox incə şəkildə idarə olunur və 86 milyon vətəndaşın etimadı qorunur.

O, partiyasının böyüklüyünə yaraşan bir şəkildə prosesi vasvasılıqla idarə edəcəklərini, konstruktiv tənqidlərə açıq olduqlarını, lakin dağıdıcı tənqid və manipulyasiyalara imkan verməyəcəklərini bəyan edib.

Mövzuya görə xəbərlər