Son dəqiqə

Türkiyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Parti Gənclər Forumu Terrorsuz Türkiyə Terrora qarşı mübarizə Gənclərin təhlükəsizliyi

Ərdoğan gənclərə birlikdə mübarizə çağırışı edib

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyələrin korrupsiya və rüşvətxor dəstələrdən təmizlənəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan AK Partiya Gənclik Strategiyası və Müşavirə Düşərgəsinin Bağlanış Mərasimində çıxış edərək, korrupsiya əməliyyatlarının bələdiyyələri rüşvətxor dəstələrdən azad edəcəyini vurğulayıb.

“Biz səbir, cəsarət və səmimiyyətlə terrorsuz Türkiyə qururuq”, – deyən Ərdoğan gənclərlə birlikdə bütün maneələri dəf etdiklərini qeyd edib. O, həmçinin ölkəni müasir sivilizasiyalar səviyyəsinə qaldırmaq üçün iş, layihə və xidmətləri davam etdirdiklərini, “terrordan azad Türkiyə” məqsədindən geri dönməyəcəklərini bildirib.

Qeyd edək ki, Prezident Ərdoğan çıxışında gənclərə səslənərək, “Bacarmazsan” deyənlərə fikir verməməyə və ölkə üçün mübarizəni birlikdə davam etdirməyə çağırıb.

Mövzuya görə xəbərlər