BAKI, TurkicWorld , Nərmin Ağayeva
Türkiyənin 9 şəhərində keçirilən genişmiqyaslı fırıldaqçılıq əməliyyatı nəticəsində 12 nəfər həbs olunub.
TurkicWorld xəbər verir ki, Diyarbakır İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsinin Dələduzluq Bürosu tərəfindən aparılan istintaq zamanı şübhəlilərin internet üzərindən mobil telefon satışı ilə bağlı alqı-satqı elanlarını manipulyasiya edərək həm satıcıları, həm də alıcıları aldadaraq ümumilikdə 106 milyon lirə qazanc əldə etdikləri müəyyən edilib.
Polis, “Olta” adlı əməliyyat çərçivəsində 14 şübhəlini saxlayıb. Onlardan 12-si məhkəmə qərarı ilə həbs edilib, 2 nəfər isə ölkədən çıxış qadağası ilə azadlığa buraxılıb.
Qeyd edək ki, əməliyyat zamanı 26 saatlıq kamera görüntüləri incələnib, şübhəlilərin ATM-dən pul çıxarmaları və hesab hərəkətləri təhlil olunub. MASAK hesabatında onların hesablarında böyük məbləğli şübhəli əməliyyatlar aşkarlanıb.







