Son dəqiqə

Türkiyə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) FETÖ FETÖ xarici maliyyə dəstəyi FETÖ qaralama kampaniyası

Xaricə qaçmaq istəyən FETÖ üzvü MİT tərəfindən saxlanılıb

BAKI, TurkicWorld, Səməd Əyyubov – Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyatları davam edir.

TurkicWorld xəbər verir ki, təşkilatın gizli strukturlarında yüksək vəzifə tutan və barəsində məhkəmə hökmü və axtarış qərarı olan Hakan Kahraman xaricə qaçmaq istəyərkən MİT-in keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Qeyd edək ki, MİT son illərdə FETÖ-nün beynəlxalq şəbəkəsini ifşa etmək, təşkilatın xaricdəki liderlərini taparaq məhkəmə qarşısına çıxarmaq məqsədilə ardıcıl və hədəfli əməliyyatlar həyata keçirir. Bu əməliyyatlar həm Türkiyə daxilində, həm də xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Mövzuya görə xəbərlər