BAKI, TurkicWorld
Türkiyə vətəndaşlarına Şengen vizalarında 5 ilə qədər uzunmüddətli vizalar veriləcək.
TurkicWorld xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolat Avropa İttifaqı Komissiyasının yeni qərarı ilə türkiyəli vətəndaşlara Şengen vizalarının verilməsinin sadələşdirildiyini və sürətləndirildiyini açıqlayıb.
Nazir bildirib ki, ilk dəfə müraciət edən şəxslərə 6 aya qədər uzun müddət istifadəlik viza veriləcək, sonrakı müraciətlərdə isə viza müddətləri mərhələli şəkildə 1, 2, 3 və 5 ilə qədər artırılacaq. O, bu qərarın Avropa İttifaqına üzv dövlətlərə rəsmi sənəd şəklində göndərildiyini də əlavə edib.
Qeyd edək ki, Türkiyə vətəndaşları uzun illərdir Şengen vizası alarkən bürokratik çətinliklər və qısa müddətli vizalarla qarşılaşırdılar. Yeni tətbiq bu prosesi asanlaşdırmaq məqsədi daşıyır.







