Son dəqiqə

Türkiyə İsrail Yunanıstan Türkiyə Müdafiə Sənayesi xəbərləri Egey dənizi Şərqi Aralıq dənizi gərginliyi

İsrail və Yunanıstan Ankaranın hərbi gücündən narahatdır

BAKI, TurkicWorld

Türkiyənin F-35 planları İsrail və Yunanıstanda narahatlıq doğurub.

TurkicWorld xəbər verir ki, Türkiyənin F-35 qırıcı təyyarələrini yenidən əldə etmək ehtimalı İsrail və Yunanıstanda ciddi narahatlıq yaradıb.

ABŞ Konqresinə müraciət edən İsrail rəsmiləri Ankaranın bölgədə güc balansını dəyişəcəyindən ehtiyat etdiklərini bildiriblər.

ABŞ-ın “Breitbart News” və Yunanıstanın “Kathimerini” media orqanlarının yaydığı məlumata görə, adı açıqlanmayan yüksək rütbəli İsrail rəsmisi Konqresə müraciət edərək, Türkiyəyə F-35 təyyarələrinin satışına qarşı çıxıb. O, Ankaranın artan hərbi imkanlarının İsrailin təhlükəsizliyi üçün uzunmüddətli təhdid ola biləcəyini iddia edib.

Türkiyənin Egey və Şərqi Aralıq dənizində artan nüfuzunun xüsusilə Yunanıstan və Cənubi Kipr üçün də strateji narahatlıqlar doğurduğu bildirilir. Kathimerini qəzetinin məlumatına görə, Türkiyənin F-35 proqramına qayıtması bölgədə güc balansını onun xeyrinə dəyişə bilər.

Qeyd edək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün F-35 proqramından çıxarılmışdı. Lakin Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında son diplomatik təmaslar bu məsələnin yenidən müzakirəyə çıxarılmasına səbəb olub.

ABŞ-ın Ankaradakı səfiri Tom Barakın son bəyanatına görə, Türkiyəyə F-35 satışının yenidən gündəmə gəlməsi mümkündür.

Mövzuya görə xəbərlər