Son dəqiqə

Türkiyə NATO Böyük Britaniya Avropa Norveç Türkiyə Müdafiə Sənayesi xəbərləri Mark Rutte NATO və Türkiyə əməkdaşlığı Türkiyənin NATO-dakı rolu NATO-da Türkiyənin rolu

Türkiyə müdafiə sənayesində lider ölkələrdəndir - Rutte

BAKI, TurkicWorld

Türkiyənin çox böyük müdafiə sənayesi bazası var.

TurkicWorld xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Türkiyənin müdafiə sənayesinin gücünə və potensialına dair önəmli açıqlama verib.

O, Türkiyənin müdafiə sənayesinin çox böyük və strateji əhəmiyyətə malik olduğunu bildirib.

Rutte bəyan edib ki, “Türkiyənin müdafiə sənayesi bazası Böyük Britaniya, Norveç və Avropa İttifaqı ilə mümkün qədər sıx əlaqəli olmalıdır”. O, bu əməkdaşlığın həm NATO-nun ümumi gücünə, həm də regional təhlükəsizliyə müsbət təsir edəcəyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə son illərdə hərbi texnologiyalar sahəsində böyük irəliləyişlərə imza atıb və müxtəlif müdafiə məhsullarının istehsalında beynəlxalq bazarda mühüm aktora çevrilib. Bayraktar pilotsuz uçuş aparatları, Altay tankı və “Hisar” hava müdafiə sistemləri bu sahədəki inkişafın nümunələrindəndir.

Mövzuya görə xəbərlər