Son dəqiqə

Türkiyə Türkiyənin ixracı Haluk Görgün Türkiyə Müdafiə Sənayesi xəbərləri Türkiyənin Müdafiə Sənayesi Türk aviasiya sənayesi Müdafiə sənayesi ixracı

Müdafiə və aviasiya sənayesində rekord ixrac

BAKI, TurkicWorld

Türkiyənin müdafiə və aviasiya sənayesində ixracat 2025-ci ilin ilk 5 ayında 29 faiz artaraq 2,98 milyard dollara çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Başqanı Haluk Görgün sosial media hesabında paylaşım edib.

O, ixracat göstəricilərindəki artımı yüksək texnologiyalı məhsulların payının artması ilə əlaqələndirib və bu sahədə fəaliyyət göstərən şirkətləri təbrik edib.

“2025-ci ilin ilk 5 ayında müdafiə və aviasiya sahəsində ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 2 milyard 980 milyon dollara çatıb. İxrac edən şirkətlərin sayı hər keçən gün artır və məhsul tərkibi yüksək texnologiyalı sistemlər xeyrinə inkişaf edir”, – deyə Görgün bildirib.

O, həmçinin qeyd edib ki, beynəlxalq əməkdaşlıq sayəsində Türkiyənin müdafiə sənayesi məhsulları dünyanın bir çox ölkələrinə ixrac edilir və bu prosesin davamlı olması üçün həm böyük şirkətlərin, həm də KOBİ-lərin dəstəklənməsi vacibdir.

Qeyd edək ki, Türkiyə müdafiə və aviasiya sənayesinin ölkənin ümumi ixracatında payı artıq 3 faizi keçib

Mövzuya görə xəbərlər