Son dəqiqə

Türkiyə Sergey Lavrov Rusiya Ukrayna Türkiyə xarici işlər nazirliyi Hakan Fidan Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna sülh təşəbbüsü

Fidan və Lavrov İstanbulda keçiriləcək görüşü müzakirə edib

BAKI, TurkicWorld

Hakan Fidan və Sergey Lavrov İstanbul danışıqlarına hazırlığı müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Görüşdə iyunun 2-də İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına hazırlıq məsələləri diqqət mərkəzində olub.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, tərəflər görüşün gündəliyinə dair fikir mübadiləsi aparıblar və qarşıdan gələn danışıqların formatı ilə bağlı məsələləri müzakirə ediblər.

Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında yeni raund danışıqların keçirilməsi planlaşdırılır. Türkiyə bu prosesdə vasitəçi ölkə kimi diplomatik səylərini davam etdirir.

Mövzuya görə xəbərlər