Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi hərbi təlimlər Türkiyə Hərbi Hava Qüvvələri müdafiə sənayesi məhsulları Müdafiə sənayesi xəbərləri AGM-65 Maverick raketi

Türkiyə Milli Müdafiə Nazirliyi Maverick testini uğurla tamamlayıb

BAKI, TurkicWorld

Türkiyə "Maverick" raketlərini eyni vaxtda uğurla sınaqdan keçirib.

TurkicWorld xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri Komandanlığının 181-ci Donanma Komandanlığı tərəfindən iki ədəd AGM-65 “Maverick” raketinin eyni anda atıldığını və hədəflərin dəqiqliklə vurulduğunu açıqlayıb.

Açıqlamaya görə, raketlər Karapınar Atış Poliqonundakı hədəflərə yönəldilib və bu cür sinxron atış ilk dəfə həyata keçirilib. Nazirliyin sosial media hesabında yayımlanan görüntülərdə raketlərin dəqiq zərbələri əks olunub.

Qeyd edək ki, AGM-65 "Maverick" raketləri yüksək dəqiqliklə yerüstü hədəfləri vurmaq üçün istifadə edilən idarəolunan raketlərdir və bu sınaq Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin gücləndirilməsi baxımından önəmli addım hesab olunur.

Mövzuya görə xəbərlər