Son dəqiqə

Türkiyə Numan Kurtulmuş TBMM Milliyyetçi Harekat Partiyası (MHP) Terrorsuz Türkiyə Terrora qarşı mübarizə Terror təşkilatlarına qarşı mübarizə

Terror bəlası geridə qalmalıdır - Kurtulmuş

BAKI, TurkicWorld

Kurtulmuş və Bahçeli görüşü - “Terror bəlası tarixin zibilliyinə atılmalıdır. ”

TurkicWorld xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelini Məclisdəki partiya qrup otağında ziyarət edib.

Görüşdən sonra jurnalistlərə açıqlama verən Kurtulmuş bildirib ki, Türkiyənin terrorla mübarizədə yeni mərhələyə keçməsi üçün TBMM önəmli məsuliyyət daşıyır. “Bu, yalnız bir partiyanın məsuliyyət daşıya biləcəyi məsələ deyil. Bütün siyasi qüvvələr bu prosesə töhfə verməlidir. Məqsədimiz terror bəlasını tarixin zibilliyinə atmaqdır” - deyə o bildirib.

Kurtulmuş əlavə edib ki, “terrordan azad Türkiyə prosesi” üçün geniş siyasi həmrəylik və TBMM çərçivəsində dialoqa ehtiyac var.

Qeyd edək ki, TBMM sədri bir müddətdir ki, partiyalar arasında məsləhətləşmələr aparır və bu istiqamətdə Milli Məclisə siyasi liderlərin dəstəyi ilə yeni təşəbbüslərin təqdim ediləcəyi gözlənilir.

Mövzuya görə xəbərlər