BAKI, TurkicWorld
Bayraktar Kızılelma “Avropa Birliyi Kalkış Manevri Testi”ni uğurla keçib.
TurkicWorldxəbər verir ki, Türkiyənin yerli və milli reaktiv pilotsuz döyüş təyyarəsi Bayraktar Kızılelma daha bir mühüm mərhələni geridə qoyub.
Təyyarənin PT-4 prototipi “Avropa Birliyinin Kalkış Manevri Testi”ni müvəffəqiyyətlə tamamlayıb.
Bu barədə Baykar Texnologiyanın İdarə Heyətinin sədri Səlcuq Bayraktar sosial media hesabında məlumat verib. O, sınaqlara dair görüntüləri də ictimaiyyətlə paylaşıb və Kızılelmanın yüksək manevr qabiliyyətini önə çəkib.
Qeyd edək ki, Baykar tərəfindən tam yerli sərmayə ilə hazırlanan Kızılelma layihəsinə 2021-ci ildə start verilib. Təyyarənin ilk sınaq uçuşu 2022-ci il dekabrın 14-də həyata keçirilib. Səlcuq Bayraktar daha əvvəl Kızılelmanın seriyalı istehsal mərhələsinin 2026-cı ildə KIZILELMA-10 modeli ilə başlayacağını açıqlamışdı.
Türkiyənin ilk reaktiv pilotsuz döyüş təyyarəsi olan Bayraktar KIZILELMA süni intellekt əsaslı idarəetmə sistemi ilə havadan-havaya və hava-yer missiyalarını yerinə yetirə bilir. Aşağı radar əksolunma səviyyəsi və gəmilərdən qalxıb enə bilmə qabiliyyəti ilə KIZILELMA gələcək döyüş meydanında əhəmiyyətli rol oynayacaq.







