Son dəqiqə

Türkiyə FETÖ Türkiyə Silahlı Qüvvələri Terrora qarşı mübarizə FETÖ xarici maliyyə dəstəyi Terror təşkilatlarına qarşı mübarizə

Türkiyə Silahlı Qüvvələrində FETÖ-ya qarşı əməliyyat keçirilib

BAKI, TurkicWorld

Türkiyə Silahlı Qüvvələrində FETÖ-yə qarşı keçirilən əməliyyatda 63 nəfər barəsində həbs qərarı verilib.

TurkicWorld xəbər verir ki, İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı Türkiyənin 36 vilayətində eyni vaxtda həyata keçirilən əməliyyat nəticəsində 63 hərbi qulluqçu barəsində həbs qərarı verilib. Onlardan 56-sı saxlanılıb.

Əməliyyat çərçivəsində aktiv xidmət keçən əsgərlərin FETÖ ilə əlaqələrinə dair sübutlar əsasında tədbirlər görülüb. Hazırda digər şübhəlilərin tutulması istiqamətində əməliyyatlar davam etdirilir.

Qeyd edək ki, Türkiyədə ordu daxilində FETÖ-nün gizli strukturlarına qarşı mübarizə intensiv şəkildə davam etdirilir və bu cür əməliyyatlar mütəmadi olaraq həyata keçirilir.

Mövzuya görə xəbərlər