Son dəqiqə

Türkiyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) teror Terrorsuz Türkiyə Terrora qarşı mübarizə Macarıstanın TDT toplantısında iştirakı terror təşkilatlarına qarşı ortaq mövqe

İndi terrorla mübarizə dönəmidir– Ərdoğan

BAKI, TurkicWorld

Uşaqlarımıza qoyacağımız ən mühüm miras terrorsuz Türkiyə olacaq.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfəri dönüşündə təyyarədə jurnalistlərin suallarını cavablandırarkən ölkədə terrorla mübarizə və sülh prosesi ilə bağlı mühüm açıqlamalar verib.

Ərdoğan bildirib ki, Türkiyə illərdir terrorun yaratdığı acılarla üzləşib və bu məsələnin həllində ciddi irəliləyişlər əldə olunub. “Bu problemin yarandığı vaxt doğulan körpələr bu gün artıq 40 yaşını keçiblər. Uzun illər ərzində bir neçə nəsil bu acı ilə böyüdü. Amma biz ilk gündən bu məsələyə səmimi yanaşaraq, terrorsuz bir Türkiyə üçün çalışdıq” - deyə o bildirib.

O qeyd edib ki, bu günə qədər yaşanan ağrılar, itkilər və şəhid mərasimlərində hiss etdiyi dərin kədər, əldə edilən uğurları daha da dəyərli edir. “Uşaqlarımıza qoyacağımız ən mühüm miras terrorsuz Türkiyə olacaq. Bu yolda təhlükəsizlik qüvvələrimizin qəhrəmanlığı, şəhid ailələrinin dözümü və Diyarbakırlı anaların sarsılmaz iradəsi mühüm rol oynayıb. Tezliklə analar övladlarını qucaqlayacaq və biz də bu xoş xəbəri alacağıq”- deyə o qeyd edib.

Ərdoğan həmçinin qeyd edib ki, Milli Kəşfiyyat Təşkilatı və digər müvafiq qurumlarla birlikdə terrorun bitməsi üçün nəzarətli və ardıcıl şəkildə fəaliyyətlər davam etdirilir.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan son olaraq 2025-ci il mayın 21-də Macarıstanın paytaxtı Budapeştə səfər edib. Bu səfər çərçivəsində o, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edib.

Mövzuya görə xəbərlər