Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Macarıstan Viktor Orban Türk Dövlətləri Təşkilatı (TDT) ikitərəfli əməkdaşlıq

Ərdoğan Budapeştdə ikitərəfli təmaslarını davam etdirir

BAKI,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvəsi çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüş Karmelit Manastırı adlı iqamətgahda baş tutub və mətbuata qapalı şəraitdə keçirilib.

Ərdoğan TDT Zirvəsində iştirakla yanaşı, ikitərəfli diplomatik və strateji əlaqələrin gücləndirilməsi məqsədilə müxtəlif təmaslarını davam etdirir.

Görüşdə tərəflər arasında regional əməkdaşlıq, enerji, təhlükəsizlik və Avrasiya məkanında inteqrasiya məsələlərinin müzakirə olunduğu ehtimal edilir.

Rəsmi açıqlamaya əsasən, görüşlə bağlı əlavə detallara yer verilməyib.

Mövzuya görə xəbərlər