BAKI, TurkicWorld
Qırmızı bülletenlə beynəlxalq axtarışda olan 4 nəfər Gürcüstanda saxlanılaraq Türkiyəyə gətirilib.
TurkicWorld xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media paylaşımında İnterpol-Avropol Şöbəsinin koordinasiyası ilə həyata keçirilən əməliyyat nəticəsində F.B., S.D., M.T. və E.O. adlı şəxslərin tutulduğunu bildirib.
Əməliyyat Artvin İl Polis İdarəsinin rəhbərliyi ilə aparılıb və saxlanılan şəxslər Türkiyəyə gətirilib.
“Onlar hansı bülletenlə axtarılsa da, hansı ölkəyə qaçsa da, cinayət təşkilatlarının üzvlərini və narkotik tacirlərini bir-bir ölkəmizə gətirəcəyik. Türkiyə polisindən qaça bilməyəcəklər”- deyə Nazir Yerlikaya bu hadisə ilə bağlı deyib.
Qeyd edək ki, əməliyyat Ədliyyə Nazirliyinin dəstəyi ilə gerçəkləşib. Nazirlik əməkdaşları və İnterpolun yerli bölmələri bu prosesdə fəal iştirak ediblər.
“Kırmızı Bültenle Aradığımız 4 Suçluyu Daha Ülkemize Getirdik. Türk Polisinden Kaçamadılar!”
— Ali Yerlikaya (@AliYerlikaya) May 20, 2025
Kırmızı Bültenle uluslararası seviyede aranan F.B., S.D., M.T. ve E.Ö. isimli şahıslar Gürcistan’da yakalandı ve ülkemize iadeleri sağlandı
Adalet Bakanlığımız, Emniyet Genel… pic.twitter.com/KCvoQvwFKq







