Son dəqiqə

Türkiyə FETÖ Ali Yerlikaya FETÖ xarici maliyyə dəstəyi

Türkiyədə FETÖ əməliyyatlarında 100-dən çox şəxs saxlanılıb

BAKI, TurkicWorld

Türkiyədə FETÖ terror təşkilatına qarşı aparılan genişmiqyaslı əməliyyat nəticəsində 101 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, Respublika Baş Prokurorluqları və Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsinin koordinasiyası ilə eyni anda 27 şəhərdə əməliyyatlar həyata keçirilib.

Əməliyyatlar zamanı FETÖ-nün “güncəl strukturlaşması” daxilində fəaliyyət göstərən, kartlı telefonlarla təşkilat rəhbərləri ilə əlaqə saxlayan, təşkilata maliyyə dəstəyi verən və sosial media platformalarında təşkilatın təbliğatını aparan 101 şübhəli saxlanılıb.

Bundan əlavə, əməliyyatlar nəticəsində çox sayda təşkilati sənəd və rəqəmsal material ələ keçirilib.

"Millətimizin birliyi və dövlətimizin bütövlüyünü hədəf alanlara qarşı mübarizəmiz davam edəcək,” – deyə nazir bildirib.

Mövzuya görə xəbərlər