Türkiyə Rəcəb Tayyib Ərdoğan Albaniya səfər

Ərdoğan Albaniyaya səfər edəcək

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Topluluğu Zirvəsinə qatılacaq.

TurkicWorld xəbər verir ki, zirvədə Avropa İttifaqına (Aİ) üzv və namizəd ölkələrin dövlət və hökumət başçıları, həmçinin Aİ qurumlarının rəhbərləri, NATO, ATƏT və Avropa Şurasının baş katibləri də iştirak edəcəklər.

Türkiyə Prezidentinin Zirvə çərçivəsində avropalı həmkarları ilə keçirəcəyi görüşlərdə regional və qlobal münaqişələrin sülh yolu ilə həllini, eləcə də Avropanın təhlükəsizliyi, sabitliyi və rifahı ilə əlaqədar məsələləri müzakirə edəcəyi gözlənilir.

Mövzuya görə xəbərlər