Son dəqiqə

NATO Rusiya Ukrayna Antalya Türkiyə xarici işlər nazirliyi NATO sammiti Mark Rutte NATO və Türkiyə əməkdaşlığı Türkiyənin NATO-dakı rolu Türkiyə NATO üzvü NATO-da Türkiyənin rolu

Türkiyə sülh üçün böyük rol oynayır - Rutte

Bakı, TurkicWorld

NATO Baş katibi Mark Rutte İstanbulda keçirilən Rusiya-Ukrayna barış danışıqları ilə bağlı açıqlama verib. O, Türkiyənin bu prosesdə mühüm rol oynadığını vurğulayıb.

TurkicWorld xəbər verir ki, Antalyada təşkil olunan NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı öncəsi jurnalistlərin suallarını cavablandıran Rutte, “Türkiyə burada əhəmiyyətlidir, çünki bütün tərəflərlə yaxşı münasibətlərə malikdir. Eyni zamanda bu danışıqları uğurla davam etdirmək üçün zəruri gücə, insan resurslarına, Xarici İşlər Nazirinə və Prezidentə sahibdir,” – deyə bildirib.

Barış danışıqlarının gedişatını da dəyərləndirən NATO Baş katibi, “Açığı, danışıqların nəticəsi Rusiya nümayəndə heyətindən asılı olacaq. Qarşıdakı günlərdə vəziyyətin necə inkişaf edəcəyini görəcəyik. Amma ehtiyatlı şəkildə nikbinəm,” – deyə qeyd edib.

Mövzuya görə xəbərlər