Son dəqiqə

Türkiyə ABŞ Rusiya Ukrayna Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi Donald Tramp Mehmet Şimşek Yaxın Şərq Ticarət tarifləri Tramp administrasiyası

Türkiyə və ABŞ strateji tərəfdaşlıqda yeni mərhələyə qədəm qoyur

BAKI, TurkicWorld

“Türkiyə ABŞ ilə strateji tərəfdaşlığı genişləndirməkdə qərarlıdır”.

TurkicWorld xəbər verir ki, Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək ABŞ maliyyə naziri Scott Bessent ilə görüşdən sonra iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsi ilə bağlı önəmli açıqlamalar verib.

Nazir Şimşək bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident Donald Trampın rəhbərliyi altında Türkiyə və ABŞ bütün sahələrdə – ticarət, investisiya, müdafiə, kosmos, enerji, süni intellekt və robot texnikası sahələrində – strateji ortaqlığı daha da dərinləşdirməyə sadiqdir.

“İki ölkə arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur və bu, həm iqtisadi gəlir, həm də texnoloji inkişaf baxımından ciddi imkanlar yaradır. Biz bu əməkdaşlığı sürətləndirməyə hazırıq” – deyə Şimşək əlavə edib.

Qeyd edək ki, ABŞ xəzinədarlıq naziri Scott Bessent də sosial media hesabında paylaşdığı açıqlamada Türkiyə ilə aparılan danışıqlardan məmnunluğunu ifadə edib. O, Tramp administrasiyasının Yaxın Şərq, Ukrayna və Rusiya ilə bağlı prioritetlərində Türkiyə ilə əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirib. Bessent, həmçinin İrana qarşı “maksimum təzyiq” siyasətinə davam edəcəklərini vurğulayıb.

Mövzuya görə xəbərlər