Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Vatikan Roma papası Fransisk

Ərdoğandan Vatikan və Katolik dünyasına başsağlığı

BAKI, TurkicWorld

Rəcəb Tayyib Ərdoğan, Katolik dünyasının ruhani lideri və Vatikan Dövlətinin başçısı Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı verib.

TurkicWorld xəbər verir ki, Ərdoğan X sosial media hesabında paylaşdığı mesajda, Papa Fransiskin vəfatını dərin kədərlə qarşıladığını bildirərək onun həm dövlət adamı, həm də humanitar məsələlərə həssas yanaşan bir ruhani lider olduğunu vurğulayıb.

“Katolik dünyasının ruhani lideri, Vatikan Dövlətinin başçısı Papa Fransiskin vəfatını üzüntü ilə öyrəndim. Papa Fransisk, xüsusilə Fələstin məsələsi və Qəzzadakı soyqırım da daxil olmaqla, humanitar faciələr qarşısında təşəbbüs göstərən bir ruhani lider idi” – deyə Ərdoğan qeyd edib.

Prezident sonda mərhumun ailəsinə, Vatikan Dövlətinə və bütün Katolik dünyasına öz adından və Türk milləti adından başsağlığı verdiyini ifadə edib.

Qeyd edək ki, Papa Fransisk 21 aprel tarixində, səhər saatlarında vəfat edib. O, 88 yaşında idi.

Mövzuya görə xəbərlər