BAKI, TurkicWorld
Narkotik cinayət şəbəkələrinə qarşı həyata keçirilən "Orkinos-Bulut" adlı əməliyyat çərçivəsində doqquzu xaricdə, 225-i isə ölkə daxilində olmaqla ümumilikdə 234 yüksək mütəşəkkil cinayət təşkilatı üzvü saxlanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat veribş.
Nazir bildirib ki, hədəf alınan şəxslər ümumilikdə 21 ton 251 kiloqram narkotik maddə və 3 milyon 321 min psixotrop maddə ilə əlaqələndirilir. Onlardan 10 nəfəri İnterpol tərəfindən qırmızı bülletenlə axtarılırdı.
Maliyyə Cinayətlərini Araşdırma İdarəsinin (MASAK) təyin etdiyi aktivlər əsasında, şübhəlilərə məxsus 681 daşınmaz əmlak, 127 nəqliyyat vasitəsi, 113 şirkətdəki paylar və bank hesabları da daxil olmaqla, təxminən 13 milyard lirəlik əmlaka əl qoyulub.
Yerlikaya bildirib ki, əməliyyatlar səkkiz ay ərzində böyük dəqiqliklə hazırlanıb və Türkiyə ilə yanaşı daha beş ölkədə eyni vaxtda həyata keçirilib.