BAKI, TurkicWorld
Türkiyə bu il cari açıq hədəfini keçməyəcək.
TurkicWorld xəbər verir ki, Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək, azalan enerji qiymətlərinin təsiri ilə cari əməliyyatlar balansındakı açığın bu il Orta Müddətli Proqramda (MTP) nəzərdə tutulandan aşağı olacağını bildirib.
Nazir Şimşək sosial media hesabında fevral ayına dair ödəniş balansı göstəricilərini dəyərləndirərək, illik cari açığın 12,8 milyard dollar, qızıl xaricində xalis cari açığın isə 1,8 milyard dollar təşkil etdiyini qeyd edib.
O bildirib ki, cari açığın davamlı səviyyədə saxlanılması və xarici maliyyə ehtiyacının azaldılması üçün Türkiyə resurslarını düzgün istiqamətdə səfərbər etməyə davam edəcək.
Qeyd edək ki, Şimşək proteksionist meyllərin qlobal ticarətə təsirinin məhdudlaşdırılması və potensial imkanlardan maksimum istifadə edilməsi üçün ticarət diplomatiyasının gücləndirildiyini vurğulayıb. Onun sözlərinə görə, Türkiyə ixracatçılarının dinamizmi ilə bu çətin dövrdə müsbət şəkildə seçiləcək.