BAKI,TurkicWorld
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç 18 apreldə, DEM Partiyası nümayəndə heyəti ilə bir araya gələcək.
TurkicWorld xəbər verir ki, görüşdə “Terrorsuz Türkiyə” prosesi ilə bağlı atılacaq hüquqi addımlar müzakirə olunacaq.
Həmçinin görüşdə, xəstə məhkumların azadlığa buraxılması kimi başlıqların da gündəmə gələcəyi gözlənir.
Qeyd edək ki, DEM Partiyası nümayəndə heyəti ötən həftə Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Beştəpədə keçirilən bu görüşdə MİT rəhbəri İbrahim Kalın, AK Partiyanın sədr müavini Efkan Ala, eləcə də DEM Partiyasından Sırrı Süreyya Öndər və Pervin Buldan iştirak edib.