Son dəqiqə

Türkiyə Yunanıstan turizm Türkiyəli turistlər Türkiyəli investorlar Qızıl Viza Şengen zonasına sərbəst giriş Daşınmaz əmlak yatırımları Türkiyə-Yunanıstan münasibətləri İqtisadi əməkdaşlıq

Türkiyə-Yunanıstan yaxınlaşmasının turizm və investisiyaya təsiri

BAKI, TurkicWorld

Türkiyəli turist və investorların Yunan adalarına marağı sürətlə artır

TurkicWorld xəbər verir ki, Yunanıstanın Yunan adalarına Türkiyədən gələn turist və investor axını son dövrlər əhəmiyyətli dərəcədə artıb.

Deutsche Welle-nin məlumatına əsasən, həm tətil üçün səyahət edən turistlərin, həm də “Qızıl Viza” proqramına qoşulan türkiyəli sərmayəçilərin sayı kəskin şəkildə yüksəlib.

2023-cü ildə Afinada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kriakos Mitsotakis arasında razılaşdırılan “sadələşdirilmiş viza” tətbiqi bu il də qüvvədə saxlanılıb. Nəticədə keçən il bərə ilə Yunanıstana keçən türkiyəli sərnişinlərin sayı iki dəfə artaraq 1,5 milyona çatıb. Bu il isə minlərlə türk vətəndaşı Ramazan bayramını Yunan adası Lesboda qeyd edib.

Sərmayələr sahəsində də ciddi artım müşahidə olunur. 2024-cü ildə türkiyəli investorların Yunanıstandakı daşınmaz əmlaka yatırdığı vəsait 548 milyon dollara çatıb ki, bu da 2022-ci illə müqayisədə onqat artım deməkdir. Xüsusilə, Şengen zonasına sərbəst giriş və beş il müddətinə yaşayış icazəsi verən “Qızıl Viza” proqramı bu marağın əsas səbəblərindəndir. 2024-cü ildə bu proqram üzrə ümumilikdə 9289 müraciətin 1356-sı Türkiyə vətəndaşlarına məxsus olub.

Qeyd edək ki, bu tendensiya Türkiyə ilə Yunanıstan arasında yaxınlaşmanın turizm və iqtisadi sahələrdə real nəticələr verdiyini göstərir.

Mövzuya görə xəbərlər