Türkiyə Sergey Lavrov Rusiya Mariya Zaxarova Antalya Diplomatiya Forumu

Sergey Lavrov Antalya Diplomatiya Forumuna qatılır

BAKI, TurkicWorld

Lavrov Antalya Diplomatiya Forumunda iştirak edəcək

TurkicWorld xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 12-də Türkiyəyə səfər edəcək və 11-13 aprel tarixlərində keçiriləcək 4-cü Antalya Diplomatiya Forumunda iştirak edəcək.

Forum "Bölünmüş Dünyada Diplomatiyaya Qucaq açmaq" mövzusu ilə Belek Turizm Mərkəzindəki NEST Konqres Mərkəzində baş tutacaq.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamasına görə, Lavrov forum çərçivəsində çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək. Görüşlərdə Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyət, həmçinin bəzi ölkələrlə münasibətlər müzakirə olunacaq.

Qeyd edək ki, forum Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə təşkil edilir. Forum beynəlxalq diplomatiya üçün mühüm platforma sayılır və hər il dünyanın müxtəlif ölkələrindən liderlər və diplomatları bir araya gətirir.

Mövzuya görə xəbərlər