BAKI, TurkicWorld
Türkiyədə 229 milyon lirəlik dələduzluq cinayəti ifşa olunaraq, 18 nəfər həbs edilib
TurkicWorld xəbər verir ki, Türkiyənin Diyarbəkir mərkəzli 6 vilayətində ehtiyat hissələri adı altında fırıldaqçılıq edən və saxta internet saytları ilə vətəndaşları aldadan cinayətkar şəbəkəyə qarşı “Karekod” adlı əməliyyat keçirilib. Nəticədə 229 milyon lirəlik haqsız gəlir əldə edən şəbəkənin 18 üzvü həbs olunub.
İl Təhlükəsizlik Müdirliyinin Asayiş Şöbəsi Fırıldaqçılıq Büro Komandirliyi tərəfindən həyata keçirilən əməliyyatda, şəbəkə üzvlərinin 140 müxtəlif hadisədə müştəriləri aldatdığı və qabaqcadan alınan ödənişlər qarşılığında məhsul göndərmədiyi müəyyən edilib.
Əməliyyat zamanı məlum olub ki, fırıldaqçılar bankomatlarda QR kod skan etməklə vəsaitləri əldə edir, pulları isə birbaşa şəbəkə rəhbərinə çatdırıb.
Ən diqqətçəkən məqam isə cinayətkar şəbəkənin rəhbəri H.A.-nın 5 il ərzində 413 cinayətə görə axtarışda olmasıdır. Xüsusi təyin olunmuş qrup tərəfindən İstanbulda saxlanılan H.A. ilə yanaşı, daha 17 nəfər də eyni əməliyyat çərçivəsində nəzarətə alınıb.
Qeyd edək ki, əməliyyatlardan sonra Sülh cəza hakiminin qərarı ilə bütün şübhəlilər barəsində həbs qərarı çıxarılıb və onların bank hesablarına da məhkəmə qərarı ilə əl qoyulub.