BAKI,TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə telefon danışığı aparıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, görüş zamanı Türkiyə ilə Qətər arasında ikitərəfli əlaqələr, eləcə də regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan İsrailin Qəzza, Livan və Suriyadakı hücumlarının bölgədə gərginliyi artırdığını vurğulayaraq, qan və göz yaşının sona çatması üçün maksimum səy göstərməyə davam edəcəklərini bildirib.
Qeyd edək ki, telefon danışığı zamanı Prezident Ərdoğan Qətər Əmirini Fitr bayramı münasibətilə təbrik edib.