Türkiyə İsveçrə Kipr Avropa Nüvə Araşdırmaları Təşkilatı (CERN)

Fidan Avropa Nüvə Araşdırmaları Təşkilatını ziyarət edib

BAKI,TurkicWorld

Türkiyənin xarici işlər naziri Hakan Fidan CERN-ə səfər edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Fidan İsveçrənin Cenevrə şəhərində yerləşən Avropa Nüvə Araşdırmaları Təşkilatına (CERN) səfər edib.

Diplomatik mənbələrdən verilən məlumata görə, nazir Fidan Kiprlə bağlı geniştərkibli qeyri-rəsmi toplantıda iştirak etmək üçün Cenevrədə olarkən, CERN-ə də baş çəkib və təşkilatın səlahiyyətlilərindən ətraflı məlumat alıb.

Səfər çərçivəsində Fidan, mərkəzdə çalışan türkiyəli alimlərlə də görüşərək onların fəaliyyəti ilə maraqlanıb.

Qeyd edək ki, CERN dünyanın ən böyük hissəcik fizikası laboratoriyasıdır və fundamental elmi araşdırmalar aparan beynəlxalq bir mərkəz kimi fəaliyyət göstərir.

Mövzuya görə xəbərlər