Son dəqiqə

Türkiyə Suriya Türkiyə Milli Müdafiə Nazirliyi YPG

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı əməliyyat keçirib

Bakı, TurkicWorld

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyanın şimalında hücuma hazırlaşdığı müəyyən edilən 29 PKK/YPG üzvünün zərərsizləşdirildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin sosial media hesabında yayımlanan açıqlamada , Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında hücuma hazırlaşan 29 PKK/YPG terrorçusunu zərərsizləşdirdiyi bildirilib.

"Terrorçuların qaçmağa yeri yoxdur, onlar üçün heç bir yer təhlükəsiz deyil! Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında hücuma hazırlaşan 29 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Harada olurlarsa olsunlar, terror təşkilatlarına qarşı mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək!" - deyə bəyanatda vurğulanıb.

Mövzuya görə xəbərlər