Bakı, TurkicWorld
Türkiyənin ilk milli pilotsuz uçuş aparatı (PUA) olan Bayraktar TB2, 1 milyon uçuş saatını keçərək dünya səviyyəsində mühüm nailiyyətlərə imza atıb.
TurkicWorld xəbər verir ki, bu rekord, Bayraktar TB2-ni həm texniki, həm də strateji baxımdan qlobal miqyasda lider edən mühüm bir mərhələdir.
İlk milli PUA ola Bayraktar TB2, 2014-cü ildə inventarlaşdırılıb və 10 il ərzində fasiləsiz fəaliyyət göstərərək rekorda imza atıb.
Bayraktar TB2 1 milyon saatlıq uçuşda 150 milyon kilometr məsafə qət edib, bu da Yerin ətrafında 3,742 dəfə dövr etməyə bərabərdir.
Əlavə olaraq, 93%-lik yerli sənaye iştirakı ilə istehsal olunur və sərfəli qiymətləri ilə beynəlxalq rəqiblərini üstələyir.
Həmçinin, Bayraktar TB2 Dağlıq Qarabağ, Liviya və Ukraynada taktiki üstünlük təmin edib, xüsusilə 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun qələbəsində mühüm rol oynayıb.
Baykar şirkəti hazırda dünyanın 35 ölkəsi ilə əməkdaşlıq edir. Bayraktar TB2, xüsusilə NATO və AB üzvlərinin silah inventarlarına daxil olaraq Türkiyənin müdafiə sənayesinin ixrac liderinə çevrilməsinə kömək edib. 2023-cü ildə şirkət 1,8 milyard dollarlıq ixrac gəliri əldə edib və müdafiə sənayesində lider mövqeyini qoruyub.
Qeyd edək ki, Bayraktar TB2 yalnız hərbi əməliyyatlarla məhdudlaşmayıb, 2023-cü il Türkiyə zəlzələlərində axtarış-xilasetmə işlərinə töhfə vermiş, 2020-ci ildən bəri 4,091 meşə yanğını aşkar edərək ilkin reaksiya müddətini 45 dəqiqədən 11 dəqiqəyə endirmiş və Ege ilə Aralıq dənizində qeyri-qanuni miqrasiya hallarını izləyərək insan hüquqları pozuntularını sənədləşdirmişdir.
Bayraktar TB2, Ukrayna-Rusiya müharibəsi zamanı da Ukrayna xalqı üçün ümid simvoluna çevrilib. Onun uğurları himnlərə, oyuncaqlara və hətta yeni doğulan körpələrə verilən adlara ilham verib.
Bayraktar TB2 yalnız bir texnoloji məhsul deyil, həm də qlobal təhlükəsizlik, humanitar yardım və strateji diplomatiyada güclü təsirə malik bir innovasiya simvoludur.