Bakı, TurkicWorld
Türkiyədəki suriyalı qaçqınlar ölkələrində illərdir davam edən vətəndaş müharibəsinin bitməsi və 61 illik Baas rejiminin devrilməsindən sonra doğma torpaqlarına qayıtmağa başlayıblar.
TurkicWorld xəbər verir ki, Hatayın Reyhanlı rayonundakı Cilvegözü Sərhəd Qapısı suriyalıların öz evlərinə qayıtmaq üçün əsas keçid nöqtəsinə çevrilib.
Reyhanlıdakı sərhəd qapısında səhər saatlarından etibarən uzun növbələr yaranıb. Suriyalı qaçqınlar gömrük və sərhəd prosedurlarını tamamlayaraq ölkələrinə keçmək üçün gözləyirlər.
Sərhəddə yaranan sıxlığı azaltmaq məqsədilə jandarma qüvvələri təxminən 5 km aralıda əlavə yoxlama məntəqəsi qurub. Oradan keçid üçün münasib hesab edilən suriyalılar Cilvegözü Sərhəd Qapısına yönləndirilir.
Suriyalılar Türkiyəyə sığınacaq verdiyi və illərdir dəstək olduğu üçün təşəkkürlərini bildiriblər.