Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan

Fələstində işğal bitənə qədər mübarizəmiz davam edəcək- Ərdoğan

Bakı, TurkicWorld

Fələstində işğal və qırğın bitənə və müstəqil Fələstin Dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik.

TurkicWorld xəbər verir ki, Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan bu sözləri İstanbulda Türkiyə Diyanət Vakfı (TDV) və Əl Xeyr Vəqfi tərəfindən təşkil edilən “Qəzzənin Gələcəyi” adlı Beynəlxalq Humanitar Yardım Sammitinə göndərdiyi videomüraciətində bildirib.

Onun sözlərinə görə, Fələstinə 86 min tondan çox yardım göndərərək ən çox dəstək verən ölkələrdən biri olduğunu deyib.

“Biz diplomatik təmaslarımızı davam etdiririk ki, İslam ölkələri Qəzzədəki zülmə qarşı birgə cavab verə və birgə hərəkətə keçsinlər.

Qəzza və Livandakı qardaşlarımızla əlaqə saxlamağa çalışırıq. Göndərdiyimiz 86 min tondan çox yardımla Fələstinə ən çox dəstək verən ölkələrdən biriyik.”- deyə Ərdoğan vurğulayıb.

Mövzuya görə xəbərlər