Bakı. TurkicWorld
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədi Suriyadakı vəziyyətin “təcili olaraq” siyasi həllini tapmağa çağırıb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı deyib: “Suriya rejimi hərtərəfli siyasi həllə nail olmaq üçün təcili olaraq öz xalqı ilə əlaqə dialoq masasına əyləşməlidir”.
Prezident Ərdoğan Türkiyənin gərginliyi azaltmaq, mülki insanları qorumaq və siyasi yola qapı açmaq üçün çalışdığını və bunu etməyə davam edəcəyini” vurğulayıb və “Suriya münaqişəsinin yeni mərhələyə keçdiyini” vurğulayıb.
“Türkiyənin ən böyük arzusu Suriyanın daha da qeyri-sabitliyə qərq olmaması və daha çox mülki itkilərə şahid olmamasıdır”-deyə o bildirib.
Qeyd edək ki, Suriya ilə uzun sərhədi olan Türkiyə öz ərazisində üç milyona yaxın suriyalı qaçqını qəbul edir.