Son dəqiqə

Türkiyə Ticarət nazirliyi WCI Forum

Türk KOBİ-ləri Afrika şirkətləri ilə görüşüb

Bakı, TurkicWorld

Türkiyənin kiçik və orta biznes şirkətləri (KOBİ) Afrikanın müxtəlif ölkələrindən 1500 iş adamı ilə görüşüb.

TurkicWorld xəbər verir ki, İstanbul Wow Konqres Mərkəzində Türkiyənin ticarət naziri Ömer Bolatın iştirakı ilə 11-ci Dünya Əməkdaşlıq Sənaye Forumu (WCI Forum) işə başlayıb.

Qitənin müxtəlif ölkələrindən, 1500 iş adamının qatıldığı forumda ölkə üzrə 70 əyalətdə fəaliyyət göstərən 500-ə yaxın türk KOBİ-nin nümayəndələri iştirak edib.

Afrika ölkələri ilə Türkiyə arasında xarici ticarət həcmini artırmaq və yeni iqtisadi əməkdaşlıq yaratmaq məqsədi daşıyan tədbir mərasimi keçirilib.

Türkiyə İxracatçılar Məclisinin (TİM) sədr müavini Ahmet Güleç Afrikanın inkişafı və tərəqqisinin Türkiyə üçün mühüm məsələlərdən biri olduğunu bildirib.

Güleç, "Bizim tək istəyimiz Afrikanın sülh və əmin-amanlıq içində olmasıdır. Biz qitə ilə əlaqələrimizi hər gün biraz daha dərinləşdirmək və inkişaf etdirmək istəyirik" deyə bildirib.

Türk iş adamlarının Afrikada 2,3 milyard dollarlıq birbaşa sərmayəsi olduğunu bildirən Güleç, "Afrikanın da ölkəmizdə 36 səfirliyi var. Türkiyədə 4 min 833 Afrika şirkəti fəaliyyət göstərir. 2023-cü ildə Afrika şirkətlərinin ölkəmizə etdiyi birbaşa investisiyaları 294 milyon dollara çatıb. Afrika şirkətlərini ölkəmizə investisiya etməyə dəvət edirik"-deyib.

Mövzuya görə xəbərlər