Bakı, TurkicWorld
Türkiyənin yeddi vilayətində səkkiz mütəşəkkil cinayətkar dəstəyə qarşı "Kuyu-32" və "Kuyu-33" əməliyyatları keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"sosial şəbəkəsində yazıb.
" "Kuyu-32" və "Kuyu-33" əməliyyatları çərçivəsində Türkiyənin 7 rayonunda təşkil edilən əməliyyatlarda 8 müxtəlif mütəşəkkil cinayətkar qruplaşmaya üzv olan 95 şübhəli saxlanılıb", - Ali Yerlikaya.
Əməliyyat nəticəsində həmçinin 24 sənədsiz tapança, 11 sənədsiz tüfəng, 1 avtomat tapança, 9 kəsici-deşici alət ələ keçirilib.