Son dəqiqə

İndoneziya Hərbi Dəniz Qüvvələri Türkiyə döyüş gəmiləri ilə gücləndiriləcək

Bakı,TurkicWorld

İndoneziya Hərbi Dəniz Qüvvələri müdafiə qabiliyyətini artırmaq üçün Türkiyədən hərbi gəmilər almaq istəyir.

TurkicWorld xəbər verir ki, bu barədə İndoneziya Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Məhəmməd Əli açıqlama verib.

Admiral Məhəmməd Əli İndoneziya Hərbi Dəniz Qüvvələrinin 79-cu ildönümündə çıxış edib.

“Biz müdafiə qabiliyyətimizi, xüsusən də gəmilər, təyyarələr və bir çox digər müdafiə avadanlığı ilə artırmaq üçün çalışırıq. İtaliyadan Pattugliatore Polivalente d’Altura (PPA) gəmisini aldığımız kimi, Türkiyədən də bir neçə freqat gələcək”,- deyə o bildirib.

O, Türkiyədən freqatların alınması ilə bağlı ətraflı açıqlama verməsə də, qarşıdakı iki ildə yeni inkişafların ola biləcəyinə diqqət çəkib.

İndoneziyanın Türkiyədəki səfiri Achmad Rizal Purnama bu yaxınlarda İstanbul Gəmiqayırma Zavodunda olub və xüsusilə İSTİF Class TCG İstanbul Freqat gəmisi haqqında fikir mübadiləsi aparıb.