Son dəqiqə

Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

BOTAŞ ilə TotalEnergies arasında LNG müqaviləsi imzalanıb

Bakı,TurkicWorld

Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Hyustonda BOTAŞ ilə TotalEnergies arasında uzunmüddətli LNG müqaviləsi imzaladıqlarını açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə nazir Bayraktar X sosial media hesabında açıqlama verib.

“2027-ci ildən etibarən 10 il müddətinə qüvvədə olacaq müqavilə ilə hər il təxminən 1,6 milyard kubmetrlik 16 LNG yükü təslim ediləcək”,-deyə paylaşımda qeyd olunub.

“Uzunmüddətli LNG müqavilələrimiz həm ölkəmizin, həm də regionumuzun enerji təchizatı təhlükəsizliyinin təmin edilməsində və enerji təchizatımızda çevikliyin təmin edilməsində böyük əhəmiyyət kəsb edir”,- deyə nazir bildirib

Mövzuya görə xəbərlər