Son dəqiqə

Türkiyə Bayraktar TB3

Bayraktar TB3 rampa qalxma sınağından da uğurla keçib

Bakı, TurkicWorld

Türkiyənin yerli və milli PUA-sı Bayraktar TB3 rampa qalxma sınağını uğurla başa vurub.

TurkicWorld xəbər verir ki, sınaq Keşandakı Baykar Uçuş Təlim və Sınaq Mərkəzində həyata keçirilib.

Bayraktar TB3-ün yerləşdiriləcəyi TCG Anadolu-da uçuş-enmə zolağına bənzər şərtlər sınaq üçün hazırlanıb. Uçuş sınağı eyni spesifikasiyalarla tikilmiş uçuş-enmə zolağında, 12 dərəcə yamaclı enişdə aparılıb.

Məlumat üçün qeyd edək ki, Bayraktar TB3 PUA, qatlana bilən qanad quruluşu ilə TCG Anadolu kimi qısa uçuş-enmə zolağı gəmilərində qalxma və enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər