Bakı, TurkicWorld
MİT-in fəaliyyəti nəticəsində Türkiyədə MOSSAD-ın pul şəbəkəsini idarə etdiyi müəyyən edilən və İstanbul Polis İdarəsinin TEM Şöbəsi tərəfindən saxlanılan Liridon Rexhepi həbs edilib.
TurkicWorld xəbər verir ki, MİT MOSSAD-ın Türkiyədəki pul şəbəkəsini idarə edən şəxsin Liridon Rexhepi olduğunu müəyyən edib.
Rexhepi İsrail Kəşfiyyat Xidmətinin göstərişi ilə Türkiyədə pilotsuz uçan aparatları ilə çəkiliş edən, fələstinli siyasətçilərə qarşı psixoloji əməliyyatlar həyata keçirən və Suriya sahəsi ilə bağlı məlumatlar toplayan ərazi üzrə nümayəndələrinə pul köçürürmüş.
MİT-in əməliyyatları nəticəsində Liridon Rexhepinin maliyyə hesablarındaki aktivlik üzə çıxarıldı. Rexhepinin Western Union vasitəsilə Türkiyədəki ərazi üzrə nümayəndələrinə çoxlu miqdarda pul köçürmələri həyata keçirdiyi müəyyən edildi. Rexhepinin bütün hərəkətləri, xüsusən də hesablarındakı şübhəli hərəkətlər izlənildi.
Qeyd edək ki, Liridon Rexhepi 25 avqust 2024-cü il tarixində Türkiyəyə daxil olduğu andan etibarən addım-addım izlənildi və fəaliyyəti qeydə alında. Bu mərhələdən sonra İstanbul Polis TEM Şöbə Müdirliyi ilə koordinasiya quruldu. Rexhepi avqustun 30-da İstanbul Polisi TEM Şöbə Müdirliyi tərəfindən saxlanıldı. Polisə verdiyi ifadədə pul köçürmələri həyata keçirdiyini etiraf edən Liridon Rexhepi məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.
Həmçinin, MİT-in keçirdiyi əməliyyatlar nəticəsində MOSSAD-ın Türkiyədəki ərazi nümayəndələrinə Kosovo başda olmaqla Şərqi Avropa ölkələrindən pul köçürüldüyü müəyyən edilib.
Türkiyədəki ərazi üzrə nümayəndələrin MOSSAD-dan aldıqları pulları Suriya sahəsində istifadə etdikləri üzə çıxıb. Pul köçürmələrinin təqib edilməsi nəticəsində Türkiyədəki ərazi nümayəndələrinin Kosovodan gələn pulları Western Union vasitəsilə Suriyadakı alt mənbələrinə köçürdüyü müəyyən edilib. Türkiyədəki bu şəxslərin Suriyadakı mənbələrə kriptovalyuta vasitəsilə ödənişlər etdiyi də müəyyən edilib.