Bakı, TurkicWorld
2-si FETÖ üzvü olan 7 nəfər Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edərkən saxlanılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.
“Ölkəmizdən Yunanıstana qanunsuz keçməyə cəhd edən 7 nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb. Aparılan araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən 2-nin FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib.” – deyə açıqlamada qeyd edilib.
Hafiz Rufizoğlu