Son dəqiqə

Türkiyə Fələstin İsrail Ömər Çelik Qəzza zolağı

Hər hücum Netanyahuya qarşı iddianamənin bir hissəsi olacaq

Bakı, TurkicWorld

Hər hücum Netanyahuya qarşı iddianamənin bir hissəsi olacaq.

TurkicWorld xəbər verir ki, AK Partiya sözçüsü Ömer Çelik, İsrail ordusunun TRT-nin müxbirlərini hədəf alması barədə açıqlama verib.

O, Qəzza zolağının cənubundakı Xan Yunusda İsrail qüvvələri tərəfindən həyata keçirilən hücumu pisləyib.

“TRT Ərəb operatoru Məhəmməd əz-Zeaninin yerləşdiyi Xan Yunusda jurnalistlərin çadırını da hədəf alan İsrail ordusunun hücumunu qınayırıq.” – deyə Çelik qeyd edib.

O bildirib ki, Fələstində baş verənləri dünya ictimaiyyətinə çatdıran və İsrail soyqırımını sənədləşdirən bütün mətbuat mənsublarına təşəkkür edirik.

Xatırladaq ki, İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus bölgəsinə hücumu nəticəsində çoxlu sayda köçkün həlak olub və yaralanıb.

Hücum nəticəsində TRT operatoru və köməkçisi yaralanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər