Bakı,TurkicWorld
Türkiyənin Manisa şəhərinin Gördes rayonunda baş verən meşə yanğını zamanı şəhid Halil İbrahim Ertaşın məzarı və türk bayrağı zərər görməyib.
TurkicWorld xəbər verir ki, yanğından sonra qəbiristanlığa gedənlər ürəkağrıdan mənzərə ilə qarşılaşıblar.
2010-cu ildə şəhid olan Ertaşın məzarı və onun üzərində dalğalanan Türkiyə bayrağının alovdan təsirlənmədiyi diqqət çəkib.
Yanğın zamanı məzarın yanındakı ağaclar və otlar qaralıb.
Qeyd edək ki, baş verən yanğın altı gün sonra söndürülüb.