Bakı, TurkicWorld
Türkiyənin Bingöl vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların Rəhbərliyi (AFAD) açıqlama verib.
Zəlzələnin 7,1 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Bingöl Qubernatorluğunun sosial media hesabında edilən paylaşımda ilkin təsbitlərə görə bölgədə can və mal itkisinin olmadığı bildirilib.
Hafiz Rufizoğlu