Son dəqiqə

Türkiyə Fələstin İsrail Qəzza zolağı Hakan Fidan

Hakan Fidan həmkarları ilə İsrailin Əqsa basqınını müzakirə edib

Bakı, TurkicWorld

Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani və Misirin xarici işlər naziri Bədr Əbdüləti ilə ayrı-ayrılıqda telefonla danışıb.

TurkicWorld xəbər verir ki, görüşlərdə radikal israillilərin Məscidül-Əqsaya hücumu, Qəzzada son vəziyyət və bölgədəki hadisələr müzakirə edilib.

Səhər saatlarından etibarən İsrailin milli təhlükəsizlik naziri, ifrat sağçı İtamar Ben-Qvir və İsrailin Negev və Qaliley inkişaf naziri Yitzhak Vasserlauf, eləcə də fanatik yəhudilər İsrail polisinin himayəsi altında Məscidül-Əqsaya basqın ediblər.

Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamaya görə, Əl-Əqsaya basqına təxminən 2250 fanatik yəhudi qatılıb.

Bəzi fanatik yəhudilərin Məscidül-Əqsada yerə səcdə edərək Talmudik ayinlərini icra etdikləri görülüb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər