Bakı, TurkicWorld
Türkiyə Maliyyə Sabitliyi Komitəsi Türkiyə xəzinə və maliyyə naziri Mehmet Şimşekin sədrliyi ilə iclas keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin sosial media hesabında paylaşım edib.
İclasda iqlim dəyişikliyinin maliyyə sabitliyinə təsirlərinin qiymətləndirilməsi və davamlı maliyyə sahəsində milli səviyyədə koordinasiyanın təmin edilməsi məqsədilə Komitə daxilində işçi qrupunun yaradılması qərara alınıb.
Məlumat üçün qeyd edək ki, iclasda bank sektorunda inflyasiya uçotu tətbiqinə hazırlıq və onun sektora mümkün təsirləri müzakirə edilib.
“Komitə davamlı inkişafın ən mühüm elementlərindən biri olan maliyyə sabitliyini qorumaq üçün vahid yanaşma ilə işini davam etdirir.” – deyə paylaşımda bildirilib.
Hafiz Rufizoğlu